Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb

Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb



Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb.


Sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Hava limanında sərnişinlərin sıxlığı yaranıb.


Hava limanından bildiriblər ki, problem elektron qeydiyyat sistemində yaranıb və buna səbəb hava limanının yeni terminalında aparılan işlərdir. Texniki problemə baxmayaraq, hava limanında heç bir reys ləğv olunmayıb. Elektron qeydiyyat sistemində problemin tam aradan qaldırılması üzrə işlər davam etdirilir.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri