Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Çempionlar Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib



Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunlarına yekun vurulub.

Ikinci gün 14 cüt münasibətlərini aydınlaşdırıb.

Bu cütlərdən 9-u “Qarabağ” kimi Çempionlar yolunda mübarizə aparırdı. Azərbaycan çempionu məhz bu cütlərin qalibləri ilə qarşılaşa biləcək. Çünki Çempionlar yolunun 10 cütünün qalibi növbəti raundda 5 cütlük təşkil edəcək.

Bu nəticələrdən sonra, “Qarabağ” potensial rəqibləri bəlli olub. Bunlar Olimpiakos (Yunanıstan), Seltik (Şotlandiya), APOEL (Kipr) , Kopenhaqen (Danimarka) və Maribor (Sloveniya) klublarıdır.

Liqa yolunda keçiriləcək 5 cütün qalibini isə daha çətin sınaq gözləyir. Onlar pley-offda “Sevilya”, “Napoli”, “Liverpul”, “Hoffenhaym” və “Sportinq” kimi rəqiblərlə qarşılaşacaq. III təsnifat mərhələsində uduzacaq 15 komanda isə Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Qonşu Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında “Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə 2:0 hesablı qələbə ilə turu keçiblər.

Qeyd edək ki, pley-offun püşkatması avqustun 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları

Çempionlar yolu
3 avqust

BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya) - 2:1
Qollar: Sinyeviç, 5, Staseviç, 46 - Şkoda, 44
İlk oyun – 0:1

APOEL (Kipr) - “Vitorul” (Rumıniya) - 4:0 (əlavə vaxtda)
Qollar: Karlao, 54, Merkis, 93, de Kamarqo, 90+4, Efrem, 105
İlk oyun – 0:1

“Kopenhagen” (Danimarka) - “Vardar” (Makedoniya) - 4:1
Qollar: Qrequs, 2, Lüftner, 26, Santander, 75, Sotriu, 88 - Nikolov, 19
İlk oyun - 0:1

“Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail) - 3:1
Qollar: Vanderson, 9, 33, Marselinyo, 56 - Qadir, 61
İlk oyun – 0:2

“Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya) - 0:1
Qol: Tavares, 90+2
İlk oyun – 0:1

“Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya) - 2:2
Qollar: Qarsela Qonzales, 22, Fortunis, 51 - Sumah, 33, Curceviç, 88
İlk oyun – 3:1

“Legiya” (Polşa) - “Astana” (Qazaxıstan) - 1:0
Qol: Çervinski, 76
İlk oyun – 1:3

“Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya) - 0:0
İlk oyun – 1:1

“Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) - 0:1
Qol: Forest, 69
İlk oyun – 0:0

Liqa yolu

MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan) - 1:0
Qol: Naço, 74
İlk oyun – 2:0

“Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika) - 2:0
Qollar: Adebayor, 7, Viska, 34
İlk oyun – 3:3

“Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya) - 1:4
Qollar: Krmençik, 64 - Balaşa, 27, Teyşeyra, 71, Tanase, 76, Alibek, 79 (pen.)
İlk oyun - 2:2

“Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna) - 2:0
Qollar: Oarao, 13, Mvula, 89
İlk oyun – 1:3

“Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) - 2:2
Qollar: Van den Bek, 26, Sançez, 57 - Suket, 3, Marsel, 79
İlk oyun – 1:1
Şərhlər
İdman bölməsinin xəbərləri