Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub

Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub



Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri