Nabranda istirahət mərkəzində 24 yaşlı ölü tapılıb

Nabranda istirahət mərkəzində 24 yaşlı ölü tapılıb



Xaçmaz rayonu, Nabran istirahət zonasında 24 yaşlı gəncin meyit tapılıb.


Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Abdullayev Nicat Mirpaşa oğlunun meyiti istirahət mərkəzlərinin birində aşkar edilib.


Hadisə yerinə Xudat Mərkəzi Xəstəxanasının təcili yardım maşını cəlb olunsa da, N.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.


Onun hansı şəraitdə öldüyü təyin olunan müvafiq ekspertizadan sonra məlum olacaq.


Fakt araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri