"Qəbələ" Avropa Liqasının növbəti mərhələsinə adlayıb

"Qəbələ" Avropa Liqasının növbəti mərhələsinə adlayıb



Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qitənin klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

Polşada “Yagelloniya”nın qonağı olan “Qəbələ” vətənə möhtəşəm nəticə ilə dönüb. İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib.

İlk hissədə İlqar Qurbanov hesabı açıb. 45 dəqiqə bu hesabla başa çatıb.

İkinci yarıda rəqib hücumlarını intensivləşdirsə də, komandamız müdafiə olunub. Sona bir dəqiqə qalmış Ozobiçin vurduğu qol isə qələbəyə şübhə yeri qoymayıb.

"Qəbələ" növbəti mərhələdə Yunanıstan təmsilçisi "Panatinaikos"la görüşəcək.


Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20 iyul

“Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) - 0:2
Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)
Belostok. Şəhər stadionu
İlk oyun – 1:1
Şərhlər
İdman bölməsinin xəbərləri