ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri keçirilib

ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri keçirilib




Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start verilib. Qazaxlar növbəti mərhələyə adlayıblar.

Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nı məğlub edərək, iki oyunda ümumilikdə 6 cavabsız qol vurub və növbəti mərhələyə keçib.

"Vardar" isə "Malmö"nü yarışdan kənarlaşdırıb.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
18 iyul

“Astana” (Qazaxıstan) - “Spartak” (Latviya) - 1:1
Qollar: Tvumasi, 59 - Vardanyas, 72
İlk oyun - 1:0

“Vardar” (Makedoniya) - “Malmö” (İsveç) - 3:1
Qollar: Krnçarov, 56, Barseqyan, 61, Nikolov, 90+1 - osenberq, 16 (pen.)
İlk oyun - 1:1

“Alaskert” (Ermənistan) - BATE (Belarus) - 1:3
Qollar: Nenadoviç, 18 - Qordeçuk, 23, 35, Volodiko, 78
İlk oyun - 1:1

“Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Gerye, 22
İlk oyun - 0:5

TNS (Uels) - “Riyeka” (Xorvatiya) - 1:5
Qollar: Çesleviç, 69 - Matey, 41, Qavranoviç, 54, 79, Qorqon, 61, Ristovski, 64
İlk oyun - 0:2

“Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya) - 0:2
Qollar: Lennon, 79, Valdimarsson, 90+1
İlk oyun - 1:1

“Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya) - 0:0
İlk oyun - 0:2



APA
Şərhlər
İdman bölməsinin xəbərləri