1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıranlara hökm oxunub

1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıranlara hökm oxunub



Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Əliyev 10 il, V. Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıda pul köçürmələri ilə məşğul olaraq, cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"-da xidməti otaqları da olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri