Bu il dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 52,3 mln. manat daxil olub

Bu il dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 52,3 mln. manat daxil olub



“Dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və özəlləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən müəyyənləşdirilən strategiya ölkədə bu istiqamətdə yeni, müasir metodların tətbiqinə imkanlar açıb”.


Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bunu Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.


Onun sözlərinə götə, prezident tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin, habelə özəlləşdirilməsi məqsədəuyğun olan müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib və onların özəlləşdirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir: “Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə “Özəlləşdirmə portalı” yaradılıb. Portalda özəlləşdirilən müəssisələrin satış qiyməti, iqtisadi-texniki göstəriciləri və digər məlumatlar öz əksini tapıb. Portaldan istifadə edənlərin sayı 800 mini keçib. Eyni zamanda, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi üçün nüfuzlu beynəlxalq qurumların iştirakı ilə biznes forumlar və təqdimatlar keçirilib. Özəlləşdirilən dövlət əmlakının bazar qiymətlərinə uyğun qiymətləndirilərək hərraclara çıxarılması təmin olunur. Dövlət əmlakının özəlləşdirilməsinə dair hərraclar açıq, şəffaf və rəqabət şəraitində keçirilir. Hərraclar təşkil edilərkən yeni innovativ üsullardan istifadə olunmaqla, elektron hərracların keçirilməsinə başlanılıb. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 300-dən çox dövlət əmlakı özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən daxil olan 52,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib”.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri