Dünyanın ən uzun körpüsünün inşası başa çatır

Dünyanın ən uzun körpüsünün inşası başa çatır



3 şəhəri birləşdirəcək Honq-Konq – Zuhai – Makau körpüsü dünyada ən uzun körpü olacaq.


Live.az məlumatına görə, qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, 55 kilometr olacaq körpünün 29,6 km-lik hissəsi tamamlanıb.

Buraya 22,9 km mərkəzi hissə və 6,7 km dəniz altından keçən tunel daxildir. Körpünün digər hissəsinin inşasının bu ilin sonuna qədər bitməsi və istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, 7 ildir davam edən inşaatda 420 min ton dəmir istifadə edilib. Çəkilən xərc isə 15 milyard dolları ötüb.

Körpü istifadəyə verildikdən sonra 3 şəhər arasındakı məsafə 4,5 saatdan 40 dəqiqəyə qədər enəcək.



Dünyanın ən uzun körpüsünün inşası başa çatır


Dünyanın ən uzun körpüsünün inşası başa çatır


Dünyanın ən uzun körpüsünün inşası başa çatır


Dünyanın ən uzun körpüsünün inşası başa çatır
Şərhlər
Dünya bölməsinin xəbərləri