Lənkəranda qəzada xəsarət alanların kimliyi məlum olub

Lənkəranda qəzada xəsarət alanların kimliyi məlum olub



Lənkəranda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bunlar Bərdə rayon sakinləri 4 yaşlı Ələddin Nəcəfov, 60 yaşlı İmi İsmayılova və 28 yaşlı Nargilə Nəcəfovadır.

Qeyd edək ki, qəza nəticəsində avtomaşında bir ailənin beş üzvü olub.

Faktla bağlı araşdırma davam etdirilir.

***

07:34

Lənkəranda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, Lənkəranın Vel kəndi ərazisində hərəkətdə olan “VAZ 2104” markalı avtomobilin sürücüsü sükan arxasına yuxulayaraq idarəetməni itirib. Avtomaşın əvvəlcə qaz borularına, daha sonra isə elektrik dirəyinə çırpılıb.

Nəticədə iki qadın və bir azyaşlı ağır xəsarət alıb. Yaralılar danışa bilmədiyindən onların kimliyini hələ ki, müəyyən etmək mümkün olmadı.

Faktla bağlı araşdırma aparılır.


***


Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var

APA-nın verdiyi məlumata görə, hadisə Lənkəranın Vel kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər azyaşlı yoldan keçən hərbiçilər tərəfindən xəstəxanaya gətirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların və yaralanan şəxsin kimliyi müəyyənləşdirilir.


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri