Masallıda qəzada xəsarət alanların kimliyi məlum olub

Masallıda qəzada xəsarət alanların kimliyi məlum olub



Masallıda baş verən yol qəzasında xəsarət alan 4 nəfərin kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, bunlar ”VAZ-2106” sürücüsü Masallının Qızılağac kənd sakini, 48 yaşlı İlham Abbasov, sərnişinlər - həmkəndlisi, 20 yaşlı Aytac Abıyeva, 29 yaşlı Əsmər Əbilova və Astara sakini, 26 yaşlı Kamran Rəfizadədir.

Məlumata görə, Əsmər Əbilovanın vəziyyəti ağır olduğundan Bakıya evakuasiya olunacaq. Sürücü İlham Abbasovunda vəziyyəti ağır olaraq qalır.

Digər iki nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***



Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Yeddioymaq kəndi ərazisində VAZ 2106 markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə dörd nəfər xəsarət alıb. Xəsarət alanların kimliyi müəyyənləşdirilir.


Masallıda qəzada xəsarət alanların kimliyi məlum olub
Şərhlər
Hadisə bölməsinin xəbərləri