"İnter" - "Mladost" oyunu 2 manata

"İnter" - "Mladost" oyunu 2 manata



Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 6-da, saat 21.00-da “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” (Serbiya) oyununa biletin qiyməti açıqlanıb.

Bütün sektorlara biletlərin qiyməti 2 manatdır.

Bilet əldə etmək istəyənlər saat 09:00-dan 18:00-dək biletləri "İnter Arena" və "Dalğa Arena" stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə edə bilər.

Matçı ukraynalı hakimlər idarə edəcəklər.

Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri