Qubada 4 gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb

Qubada 4 gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb



Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri