ABŞ-da atışma nəticəsində azı 28 nəfər yaralanıb

ABŞ-da atışma nəticəsində azı 28 nəfər yaralanıb


ABŞ-ın Arkanzas ştatında gecə klubunda atışma nəticəsində yaralananların sayı 28 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan 25 nəfərin odlu silahdan açılan atəş nəticəsində yaralandığı bildirilir. Digər 3 nəfərin başqa səbəbdən yaralandığı qeyd olunur.

Atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.

****

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş vermiş atışma nəticəsində azı 17 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İnsident nəticəsində yaralananlardan ən kiçiyinin 16 yaşı var.

Yerli KİV-lərin məlumatına görə, atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.
Şərhlər
Dünya bölməsinin xəbərləri