Bakı-Antalya aviareysində problem aradan qaldırılıb

Bakı-Antalya aviareysində problem aradan qaldırılıb



Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) saat 07:25-də yerinə yetirilməsi planlaşdırılan Bakı-Antalya aviareysində texniki problem artıq aradan qaldırılıb.

AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, bu dəqiqələrdə uçuş həyata keçirilir.

“Bakı-Antalya aviareysində ləngimə texniki səbəblərdən baş verib. Problem artıq öz həllini tapıb. Sərnişinlər artıq təyyarədədir. Bu dəqiqələrdə təyyarə havaya qalxacaq”, - deyə P. Kəsəmənski vurğulayıb.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri