Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi



Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Live.Az-ın Trend-ə istinadən məlumatına görə, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.


***



Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən avtomobil qəzasına düşüb.

Live.Az xəbər verir ki, azxeber.com hadisənin təfərrüatlarını öyrənib.

Məlumata görə, qəza Nobel prospekti - Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sakinlərin dediyinə görə, bu, həmin ərazidəki ilk hadisə deyil. Bundan öncə də həmin yerdə qəza olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri