Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar



Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.

İ. Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri