Yeni “Transfomerlər” — 26% daha çox görüntü və unikal təəssüratlar yalnız “IMAX”da

Yeni “Transfomerlər” — 26% daha çox görüntü və unikal təəssüratlar yalnız “IMAX”da



Maykl Bey “Transformerlər: Sonuncu cəngavər” filminin çəkilişi üçün “Alexa IMAX” kamerasından istifadə edən ilk rejissor oldu.

Rejissor-vizyonçu Maykl Bey “Transfromerlər: Sonuncu cəngavər” filminin çəkilişi üçün iki yeni “ALEXA IMAX®” kamerasından istifadə edir və nəticədə “IMAX®3D” formatı tamamilə yeni keyfiyyətə sahiblənir. Yalnız “IMAX”da “Transformerlər” fanatları standart kinozallardan fərqli olaraq 26% daha çox görüntü görə biləcəklər, bu isə öz növbəsində daha möhtəşəm keyfiyyət, filmdən maksimal zövq alma və “IMAX®3D” formatında unudulmaz təəssüratlar deməkdir. Yeni “IMAX” fomatında “Transformerlər” izləyicilərə demək olar ki, filmdə baş verən hadisələrə qərq olmağa və avtobotların iştirakı ilə həqiqi döyüşün mərkəzində olmağa imkna yaradır.

Sabahdan etibarən “Flame Towers”da yerləşən “Park Cinema IMAX” kinoteatrında filmi geniş formatda izləmək mümkün olacaq

Filmin qısa məzmunu belədir: Optimus Praym yoxa çıxır. İnsanlar Transformerlərlə müharibə aparır. Gələcəyimizin açarı Transformelərin Yer üzündəki tarixində gizlənmiş keçmişin sirrlərində saxlanılıb. Dünyanı xilas etmək öhdəliyi isə Keyd Yeqar (Mark Uolberq), Bamblbi, ingilis lordu (ser Entoni Hopkins) və Oksford professorundan (Lora Heddok) ibarət komandanın üzərinə düşür. Artıq mübarizə vaxtıdır! Qubanlar qəhrəmana çevriləcək, onlar isə canilərə. Sonda isə yalnız bir dünya xilas olacaq: onlarınkı və ya bizimki.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53