Məleykə Əsədovaya ev verən məmur: Mən ondan çox ləzzət alıram

Məleykə Əsədovaya ev verən məmur: Mən ondan çox ləzzət alıram
Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov xalq artisti Məleykə Əsədova ilə bağlı ölkə.az-a sensasion açıqlamalar verib: “Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İkiotaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirtsinlər”.

Oxu.Az-ın məlumatına görə, xalq artisti Məleykə Əsədova yenicag-a açıqlamasında yazılanları şər-böhtan adlandırıb:

“Bu yazı başdan-başa şər-böhtandır. Üç il əvvəl yazılan şər-böhtanı yenidən gündəmə gətirməklə məqsədləri nədir, anlamıram. Bunun arxasında kimlər dayanır, məhkəmə qarşısında cavab verəcəklər. Aydın Bəşirovla şəxsi tanışlığım yoxdur, onun heç bir tədbirində iştirak etməmişəm. Onun “Yaxt klub”una bir dəfə də olsun ayağım dəyməyib. Mən aktrisayam. Şeir deməyimdən də çox adamın xoşu gələ bilər, bunu şişirtməsinlər. Qaldı ki, onun mənə ev hədiyyə etməsinə, böhtandır. 1988-ci ildə “Baksovet”də olan o evi toylara gedə-gedə, alın tərimlə topladığım pula almışam. Bir mənzildə (“uplotneniye”) iki adam yaşayırdı, mənim evim 25 kvadratlıq idi, o biri mənzil isə 11 kvadratdan ibarət idi. O evin sahibəsi dünyasını dəyişdi. Həmin ev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında idi, rejissor Lütfi Məmmədbəyov bu evin mənə verilməsi üçün qurumun rəisi Aydın Bəşirova müraciət etdi. Yaradici insan kimi o evi mənə verdilər. O evi də satıb, indiki evimi tikmişəm. İndiyə qədər mənə şər atanları Allaha tapşırırdım, bundan sonra onlar məhkəmə qarşısında cavab verəcəklər”.

***

Məleykə Əsədovaya ev verən məmur: Mən ondan çox ləzzət alıram

“Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə, o, mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.

Live.Az Ölkə.Az-a istinadən xəbər verir ki, bu fikirləri Prezidentin sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov bildirib.

A.Bəşirov deyib ki, Məleykə Əsədova Azərbaycanın ən istedadlı və gözəl aktrisalarından biridir: “Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam.

Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O, bizim dostumuzdur. Onun səlist şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq, Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim”.

A.Bəşirov vəzifədən gedəndən sonra Məleykə Əsədovanı görmədiyini söyləyib: “Çoxdan bəri onu görmürəm. Amma görəndə salamımız qalır. Mən vaxtilə təkcə Məleykə Əsədovaya deyil, bir çox sənət adamlarına yaxşılıq etmişəm. Ona görə də əminəm ki, hörmətimi onlar da saxlayır.

Vəzifədə olduğum vaxt “Yaxt Klub”a konsertə gələn şou adamları heç vaxt məni yaddan çıxarmaz. O qədər olub ki, şou adamları, müğənnilər yaxta ilə klip çəkdirmək istəyib, mən də təşkil etmişəm. Hamısına yaxtalarda klip çəkmək üçün icazə verirdim. Buna görə də kimi dəvət etmişəmsə, hamısı dərhal tədbirlərimə gəliblər. Yadıma gəlir, əməkdar artist Aygün Bəylər də yaxta ilə klip çəkdirmişdi. Digər müğənnilər də olub”.

A.Bəşirov “Şou adamlarından kiməsə yaxta hədiyyə etmisiniz?” sualına isə belə cavab verib: “Yəni, mən elə qudurmuşam ki, kiməsə yaxta hədiyyə edim? Evi də hökumətin razılığı ilə vermişəm. Məleykə Əsədova həmin binada yaşayırdı, mən də tapşırıq verdim ki, həmin evi onun adına keçirsinlər. Deməyim odur ki, mən başıuca adamam. İndi də kömək etdiyim adamlar məni görəndə, yaxınlaşıb salam verirlər, hal-əhval tuturlar. Bu, hər bir məmura nəsib olmur.

Bir dəfə şəhərdə tək gəzirdim, küçədə iki nəfər keçmiş nazirlə də rastlaşdım. Mənə dedilər ki, Aydın müəllim, nə üçün təksiz, mühafizəçi ilə gəzmirsiniz? Mən də onlara dedim ki, sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum! Bu sözümdən sonra onlar çıxıb getdilər. Mən bu cür xarakterli adamam”.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri