Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb

Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb




Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb.

Türkiyənin Uşak Universitetində təhsil alan 21 yaşlı Royal Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu deyilən O.S. tərəfindən küçədə bıçaqlanıb.

Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan tələbənin vəziyyətinin hazırda orta olduğu bildirilir.

R.Cumayevə zərər yetirən tələbə yoldaşı saxlanılıb.



Trend
Şərhlər
Hadisə bölməsinin xəbərləri