Şəbnəm Tovuzlunun əri ilə bağlı növbəti yalanı

Şəbnəm Tovuzlunun əri ilə bağlı növbəti yalanı



Müğənni Şəbnəm Tovuzlu “Xəzər” televiziyasında aparıcı Zaur Kamalın təqdimatında yayımlanan “5/5” verilişinin qonağı olub.


İfaçı verilişin gedişatında şəxsi həyatı barəsində ona ünvanlanan sualları cavablandırıb. Onun həmin proqramda sözügedən mövzu ilə əlaqədar açıqlaması ilə bir müddət əvvəl lent.az-a verdiyi müsahibə üst-üstə düşməyib, ifaçının yalan danışdığı ortaya çıxıb.


Belə ki, o, adıçəkilən verilişdə “Həyat yoldaşım mənimlə tanış olmamışdan iki il əvvəl ayrılıb. Hazırda həmin nikahdan olan övladlarına da baxır, onları mən də çox istəyirəm”, - deyib.


Xatırladaq ki, sənətçi bir müddət əvvəl əri ilə bağlı müsahibəsində “biz tanış olmazdan əvvəl ailəli idi, indi də ailəsi var, mən isə onun ikinci ailəsiyəm”, - demişdi.



Oxu.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri