AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıdıb



Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.


AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.


Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri