Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 62 nəfərə çatıb

Portuqaliyada meşə yanğınlarında ölənlərin sayı 62 nəfərə çatıb



Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Bundan əvvəl meşə yanğınları nəticəsində 57 nəfərin öldüyü, 59 nəfərin yaralandığı açıqlanmışdı.

***


Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

Qeyd edək ki, bundan əvvəl meşə yanğınları nəticəsində 43 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı.

***


Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Bundan əvvəl meşə yanğınları nəticəsində 39 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı açıqlanmışdı.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri