Tramp Kuba ilə razılaşmanı ləğv edib

Tramp Kuba ilə razılaşmanı ləğv edib



ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp Mayamidə çıxış edərkən bildirib.

“Mən əvvəlki administrasiyanın qərarını tam şəkildə ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab verən razılaşma hazırlamağa çağırıb. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.



Şərhlər
Dünya bölməsinin xəbərləri