Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə

Qalmaqalla yadda qalan simalar bu dəfə maraqlı anlar yaşadıblar.



Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə



Dünən “Maşın” şounun növbəti buraxılışı baş tutub.


Live.az-ın məlumatına görə, dünən ki şouda müğənni Kənan Mahmudov, Səidə Sultan və aktrisa Pərvin Abıyeva üz-üzə gəliblər.


Qalmaqalla yadda qalan simalar bu dəfə maraqlı anlar yaşadıblar.


Aparıcı Murad Dadaşov Səidəni Pərvinin yanında oturdub. Aktrisa qalmaqala qədər ifaçı ilə mehriban olduğunu bildirib:


“Əslində biz Səidə ilə çox mehriban idik. Bəzi iştirakçılar mənə deyirdi ki, ondan ehtiyatlı ol. Amma mən qulaq asmırdım. Ta ki, o ana qədər. O qalmaqalın olmasını da istəməzdik”, - Pərvin deyib.


Səidə Sultan da Abıyevaya qarşı kin saxlamadığını söyləyib:


"Maşın"da bir nəfər var idi ki, hamının qulağını doldururdu. Bizim də aramızda anlaşılmamazlıq oldu. Pərvin də məni düz başa düşmədi. Amma ona qarşı heç bir kinim yoxdur".


Sonda hər iki xanım qucaqlaşaraq barışdığını göstəriblər.


Beləliklə "Bacı-qardaş" qalmaqalı kimi yadda qalan insident başa çatıb.



Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə
Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə
Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə
Pərvin - Kənan MM - Səida Sultan üçbucağı birlikdə
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53