“Moody’s”: Bank Respublika nizamnamə kapitalını 20 mln. manat artıracaq

“Moody’s”: Bank Respublika nizamnamə kapitalını 20 mln. manat artıracaq



“Moody’s” beynəlxalq reytinq agentliyi “Bank Respublika” ASC-nin kredit ödəmə qabiliyyətinin baza səviyyəsini b2-dən b3 səviyyəsinə, uzunmüddətli depozit reytinqini isə B2-dən B3 səviyyəsinə endirib. APA reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.

Bildirilir ki, proqnozun neqativ olmasına səbəb bankın kreditlərinin yüksəlməsi ilə aktivlərin keyfiyyətinin pisləşməsi, itkilərin yaranmasına aparan fəaliyyət və tələblərə cavab verməsi üçün əlavə kapital dəstəyinə ehtiyacın olmasıdır. “Bankın gəlirlərinin onun əlavə xərclərini ödəməyəcəyini nəzərə alsaq, demək olar ki, əlavə kapital dəstəyinə ehtiyac olacaq. Kapitallaşmaya dəstək məqsədi ilə 2016-cı ilin üçüncü rübündə səhmdarlar tərəfindən 20 milyon manat həcmində kapital inyeksiyası həyata keçirilib. Növbəti üç ay ərzində də səhmdarların banka əlavə 20 milyon manat həcmində kapital dəstəyi göstərəcəyi planlaşdırılır. İnanırıq ki, 2017-ci ildə bu kapital dəstəyi ilə yeni ehtiyacların qarşılanması həyata keçiriləcək. Buna baxmayaraq, bu inyeksiya kapital bufferini məhdud şəkildə - tələb olunan minimumdan bir qədər yuxarıda saxlayacaq. Bankın nizamnamə kapitalı 52 milyon manatdır və ötən ilin sonuna kapital adekvallılığı əmsalı 17,6% təşkil edib. Minimal kapital tələbinin növbəti dəfə azalması və aktivlərin keyfiyyətinin pisləşməsi xarici kapital dəstəyinə ehtiyacı artıracaq”, - deyə məlumatda qeyd olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri