Direktor: “İcbari tibbi sığorta haqqı ilə bağlı rəqəmlərin açıqlanması əhalidə çaşqınlıq yarada bilər”

Direktor: “İcbari tibbi sığorta haqqı ilə bağlı rəqəmlərin açıqlanması əhalidə çaşqınlıq yarada bilər”



"Azərbaycan prezidentinin fərmanı ilə Yevlax rayonu və Mingəçevir şəhəri üçün baza paketi təsdiqlənib, fevral ayından pilot layihə tətbiq olunub. Həmin icbari tibbi sığortanın əsasında ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər nəzərdə tutmuşuq".

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z. Əliyev bildirib ki, icbari tibbi sığorta haqqı üçün qanunvericilikdə dəyişiklik edilməlidir: “Bu, hazırda qanunvericilikdə əksini tapmadığı üçün pilot rayonlarda icbari tibbi sığorta haqqı tətbiq olunmur. Hazırda biz maliyyə mənbələri ilə bağlı təkliflərimizi Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda Prezident Administrasiyası da aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd Milli Məclisə göndəriləcək. O zaman biz icbari tibbi sığorta haqqını açıqlaya bilərik. Hələlik icbari tibbi sığorta haqları ilə bağlı rəqəmlərin açıqlanması əhali arasında çaşqınlıq yarada bilər. Pilot rayonlarda həyata keçirilən icbari tibbi sığorta ilə bağlı vəsait dövlət büdcəsindən ödənilir və bu il həmin pilot rayonlarda icbari sığorta haqqı tətbiq olunmayacaq. Həmin iki rayonun bütün əhalisi, orada rəsmi qeydiyyatda olanlar sığortalı sayılırlar. Dörd ay ərzində təkcə Mingəçevirdə 700-ə qədər cərrahi əməliyyat olub. Keçən il çarpayıların dolması 45 faiz idisə, indi 80 faizə qalxıb”.

Direktor: “İcbari tibbi sığorta haqqı ilə bağlı rəqəmlərin açıqlanması əhalidə çaşqınlıq yarada bilər”


İcbari Tibbi Sığorta Agentliyinin direktoru bildirib ki, bu il Milli Məclisdə qanunvericiliyə dəyişiklik və icbari tibbi sığorta haqqının açıqlanmasını gözləyir: “İcbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiq olunmasını vacib sayırıq. Hazırda dövlət büdcəsində gələn il icbari tibbi sığorta ilə bağlı həm dövlət büdcəsindən bu məqsədlə hansı həcmdə vəsait ayrılacağı, həm də icbari tibbi sığorta haqları ilə bağlı daxil olacaq vəsaitlərin proqnozlaşdırılması aparılır. Bizim agentliyin mütəxəssisləri Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə proqnozlaşdırmanın aparılmasında iştirak edir”.



APA
Şərhlər
Sosial bölməsinin xəbərləri