Sloveniyadan Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib, 3 nəfər saxlanılıb

Sloveniyadan Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib, 3 nəfər saxlanılıb



İyunun 10-da axşam Sloveniyadan Böyük Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib.

APA-nın “Alman dalğası” teleradiosuna istinadən verdiyi məlumata görə, “easyJet” aviaşirkətinə məxsus olan və Lyublyana – London marşrutu ilə uçan təyyarə göyərtədə 3 şübhəli şəxsin olması ilə əlaqədar Köln aeroportuna təcili eniş edib.

Sərnişinlər bu 3 kişinin terror aktları barədə danışdıqlarını eşidib. Eyni zamanda onların şübhəli çiyin çantası olub. Sərnişinlərin bu barədə məlumat verməsindən sonra təyyarənin kapitanı Köln aeroportuna təcili eniş barədə qərar verib. Təyyarə aeroportun təhlükəsizlik zonasına enib, sərnişinlər təyyarəni qəza pilləkəni ilə tərk ediblər. Təhlükəli çanta alman mütəxəssislər tərəfindən partladılıb, hazırda tərkibi öyrənilir. Şübhəli 3 şəxs saxlanılıb, ifadələri alınır.

Təyyarədə də partlayıcı maddənin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış aparılıb. Aeroportun iş rejimi bir neçə saat pozulub.
Şərhlər
Dünya bölməsinin xəbərləri