Rəqqasə Fatimə gözlənilmədən Oksanaya dəstək olub

Rəqqasə Fatimə gözlənilmədən Oksanaya dəstək olub



Rəqqasə Fatimə Fətəliyeva illərdir ki, küsülü olduğu həmkarı Oksana Rəsulovaya jest edib.


Live.az xəbər verir ki, Fatimə ötən gün “Maşın” şouda tamaşaçı səsverməsinə çıxan Oksanaya instaqramda dəstək olub.


O, hamını həmkarına dəstək olmağa çağırıb:


“Bu bir realiti şoudur. Amma oyunu qaydaları ilə oynamaq lazımdır. Haqqa haqq, nahaqqa nahaq olmaq lazımdır. Ola bilər ki, həmkarımla münasibətimiz elə də isti deyil. Heç bir qadının göz yaşını görmək istəmirəm. Hər kəsi Oksanaya dəstəyə çağırıram. Uğurlar”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri