Bakıda ofisdən xeyli miqdarda pul oğurlanıb

Bakıda ofisdən xeyli miqdarda pul oğurlanıb



Bakıda ofisdən 4 min pul oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 15-də Bakı şəhər sakini Etibar İsgəndərov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib rayon ərazisində yerləşən ofisində, ona məxsus çantadan 3160 manat və 700 ABŞ dolları pul oğurlandığını bildirib.


Yasamal RPİ 26-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sənan Rüstəmov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri