Bloomberg: Tramp Putinlə görüşməyi planlaşdırır

Bloomberg: Tramp Putinlə görüşməyi planlaşdırırABŞ prezidenti Donald Tramp yaxın bir neçə həftə ərzində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyinə ABŞ administrasiyasındakı mənbə bildirib.

Məlumata əsasən, Tramp Putinlə Avropaya səfəri zamanı görüşmək niyyətindədir. İyulun əvvəlində ABŞ prezidenti əvvəl Polşaya, sonra isə G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək.

Mayın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, prezidentlər arasında keçirilən telefon danışığı zamanı tərəflər iyulun əvvəlində, G-20 sammiti çərçivəsində görüşməyi planlaşdırırlar.


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri