Mingəçevirdə kişi arvadını və iki azyaşlı övladını öldürüb

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Hüseynov həyat yoldaşı Aynurə Hüseynovanı və övladları, 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.



APA
Şərhlər
Hadisə bölməsinin xəbərləri