İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub

İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub.

APA-nın məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.

Xəbərdə daha dörd nəfərin girov götürüldüyü bildirilir.

APA-nın Tehran müxbiri isə xəbər verir ki, parlament binasını tərk etməyə müvəffəq olan silahlı şəxs küçədə atışmanı davam etdirir. Xüsusi təyinatlılar onu zərərsizləşdirməyə çalışırlar.


***

saat 11.25

İran parlamentinə silahlı hücum edən 4 nəfər tutulub.

Bu barədə İran mətbuatı bəzi mənbələrə istinadən məlumat yayıb.

Digər məlumatlarda isə bildirilir ki, parlamentə hücum edənlərdən biri kamikadzedir və təhlükəsizlik qüvvələri onu mühasirəyə alıb.

Məlumata görə, parlamentə hücum edənlər "Kalaşinkov" avtomatı və tapança ilə silahlanıblar.

Qeyd edək ki, eyni anda İmam Xomeyninin türbəsinə də 4 nəfər silahlı hücum edib. Onlardan biri özünü partladıb. Hadisə yerində çoxlu yaralının olduğu xəbərləri var.

İran Prezident Aparatı və digər dövlət əhəmiyyətli obyektlərin təhlükəsizliyi gücləndirilib.

İran parlamentinin Rəyasət Heyətinin üzvi Əkbər Rəncbərzadə İran Dövlət televiziyasına açıqlama verərək bildirib ki, parlament üzvləri arasında yaralanan yoxdur.

Ə. Rəncbərzadə deyib ki, ölənlərin olduğu barədə onlara məlumat verilməyib: "Bir neçə nəfər yaralandığı barədə məlumatımız var".

***


İran İslam Respublikasının Milli Məclisində atışma olub.


Bu barədə İranın “Fars” və “Mehr” Xəbər Agentlikləri məlumat yayıb.


Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir. İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb.





APA
Şərhlər
Dünya bölməsinin xəbərləri