Pərvin Abıyeva və Səidə Sultanın efirdəki davası hamını şok etdi

Pərvin Abıyeva və Səidə Sultanın  efirdəki davası hamını şok etdi ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun dünənki efirində xoşagəlməz hal yaşanıb.

Live.az xəbər verir ki, aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında gərginlik yaranıb.

Buna səbəb isə, Pərvinin Kənan Mahmudova səs istəyərkən Səidənin arxadan ona, ailə üzvünə söz atması olub.

Bundan hiddətlənən Pərvin özünü cilovlaya bilməyərək Səidə ilə sərt danışmağa, özündən çıxmağa başlayıb.

Verilişin aparıcısı Murad Dadaşov qarşıdurmanı sakitləşdirmək üçün əli ilə Pərvinin ağzını tutub.

Pərvin Abıyeva və Səidə Sultanın  efirdəki davası hamını şok etdi

Qeyd edək ki, bu zaman hər iki iştirakçının mikrafonları bağlanıb, səslər efirə getməyib.

Bundan sonra Pərvin Abiyeva gecə saatlarında şəxsi hesabında paylaşım edərək dünənki hadisəyə aydınlıq gətirib və tamaşaçılarından üzr istəyib:

“Bu gün yaşananlara görə hər kəsdən dönə-dönə üzr istəyirəm, mən orada göründüyü kimi həyasız insan deyiləm, məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün bu yarışmaya qatılmazdan öncə psixoloqla danışıb sakitləşib gəlmişdim. Bildiyiniz kimi bu proqramın qayda-qanunları var, burada ailəyə və şəxsiyyətə toxunmaq olmaz, biz müqavilə imzalayıb gəlmişik. Murad müəllim mənə mikrafon uzatdı, danışdığım yerdə Səidə xanım mənim öz doğma qardaşıma dil uzatdığı üçün özümdən çıxdım, o həddə çatdım. Heç kimin kimsənin ailəsinə dil uzada bilməz, xüsusən də canlı efirdə. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə mən, nə də qarşı tərəfdən mübahisə zamanı söyüş işlədilməyib. Murad Dadaşovun əli ilə ağzımı tutması isə məni və münaqişəni sakitləşdirmək üçün idi. Məni o vəziyyətdə gördüyünüz üçün bir daha hər birinizdən üzr istəyirəm, sabah efirdə də üzr istəyəcəyəm”.

Pərvin Abıyeva və Səidə Sultanın  efirdəki davası hamını şok etdi

Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rəqqasə Oksana Rəsulova davam etdirir.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53