Manilada otelə hücumdan sonra hadisə yerində 34 cəsəd aşkarlanıb

Manilada otel kompleksinə ötən gün törədilən hücumdan sonra hadisə yerində azı 34 cəsəd aşkarlanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlərin məlumatına əsasən, qurbanların əksəriyyəti boğulmadan ölüb.

Polisin məlumatına görə, tüfənglə silahlanmış cinayətkar “Resorts World Manila” otel kompleksinə hücum edərək kazinonu qarət etməyə cəhd edib. Kazinoya daxil olan qarətçi zaldakı oyun masalarına od vurub, nəticədə binada güclü yanğın baş verib.

Hücum edən şəxsin intihar etdiyi bildirilir.

*****

Filippinin paytaxtı Manilada yerləşən “Resorts World Manila” otel kompleksi yaxınlığında bir neçə partlayış və atışma baş verib, azı 25 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda polis, həkim və xilasedicilər cəlb edilib.

Binada hələ də bir neçə yaralının qaldığı bildirilir. Xəsarət alanlardan bəziləri özlərini otelin ikinci mərtəbəsindən yerə atıblar.

Təfərrüatlar müəyyənləşdirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri