Tolik "Maşın"dan getdi

"Maşın" realiti-şousunun növbəti günüdə sürprizsiz ötüşməyib.


Veriliş başlayarkən Tarix Əliyevin (Tolik) maşın ətrafında olmaması diqqət çəkib.


Prodüser özü öz istəyi ilə əlini maşından çəkib və gedib.


"Mən İslama söz vermişdim ki, əlimi maşından çəkəcəm. Bunu da edirəm. Əslində bu dünən olmalı idi, sadəcə dünən Üzeyir bu hərəkəti etdi. Mən sizin üçün güclü rəqibəm. Ancaq icazə vermərəm ki, kimsə məni çıxartsın. Qoy ürəyinizdə qalsın ki, mən Toliki çıxara bilmədim", - deyə bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53