Təranə Səmədova həbsdəki keçmiş sevgilisindən danışıb ağladı

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan tanınmış prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Live.Az bildirir ki, o, ilk olaraq uğursuz evliliyindən söz açıb:

"Anamla söhbət zamanı bir müğənninin ailəsindən söz düşdü. Dedi ki, onun xanımı da bədbəxtdir, xoşbəxt olmadı. Baxdım anama dedim ki, mən onun kimi bədbəxt olmağa razı olardım, təki özüm kimi olmayım. Onun durumunu özümə xoşbəxtçilik kimi qəbul edərdim. Çox problem yaşamışam. Ailəm xəyanət üstündə dağılıb. Mən evdə qaldım, o, başqasının yanına getdisə, xəyanətdir. Mən onun evinin xanımıyamsa, xanımı olaraq yüksəkdə qalmağı seçərdim. Bayırda "çapkınlıq" edirsə, yenə göz yummaq olardı. Çünki ailəmin xanımıyam. Əvvəllər daha çılğın idim, belə düşünmürdüm".

Daha sonra prodüser nikahdankənar dünyaya gətirdiyi övlad haqda danışıb:

"Əvvəllər mən elə bilirdim ki, sonsuzam. Onun analizləri məndən sağlam çıxırdı. Düşündüm ki, problem məndədir. Qınaqdan qorxurdum, amma anam məndən daha çox çəkinirdi. 8-9 ay qonşulardan belə gizlətdik. Hətta qonşulardan biri digər qonşuya demişdi ki, yalan deyir, qarnına nəsə qoyub. Həmin zaman telekanalda işləyirdim. Düşündülər ki, reytinq xatirinə edirəm. Tanınmışlardan gəlib əlini toxundurub yoxlayırdılar. Aparıcılardan biri demişdi ki, gözümlə görməsəm, inanmazdım. Bunun harası reytinqdir, əksinə gözükölgəli halımdır".

Live.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri