UEFA Çempionlar Liqasının vaxtını dəyişir

UEFA avrokuboklarla bağlı daha bir yeniliyi gerçəkləşdirə bilər. Qitə futbol qurumu oyunların keçirilmə günlərini dəyişmək variantını nəzərdən keçirir.

Adətən çərşənbə axşamı və çərşənbə günləri baş tutan qitənin ən nüfuzlu klub turnirinin oyunlarının şənbə və bazara salınması gündəmə gəlib. UEFA yaxın müddətdə məsələ ilə bağlı qərarını da açıqlamalıdı. Lakin gerçəkləşəcəyi halda, bu yenilik yalnız 1/4 final və yarımfinallara şamil olunacaq. Final görüşləri artıq neçə ildi şənbə günləri baş tutur.

Belə addımın atılmasının təşəbbüskarı “Real”, “Barselona” və “Yuventus”du. Asiya və Amerika qitələrindəki yayımdan daha çox qazanmaq niyyəti güdən klubları istəyi reallaşsa, bu addım 2020/21 mövsümündə atılacaq. Bir sözlə, 2021-ci ilin 1/4 və 1/2 finalları yeni gündə baş tutması mümkündü.
Şərhlər
İdman bölməsinin xəbərləri