Elton Hüseynəliyev "Maşın şou"da lazım olan səs yığa bilmədi

ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ilk buraxılışı müzakirəsiz ötüşməyib.


Yarışmanın ilk günündə iştirakçılar müğənni Elton Hüseynəliyevi sms səsverməsinə çıxarıblar.


İfaçı verilişin əvvəlində səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun sonuna 20 dəqiqə qalmış aktyor Elcan Rəsulovu uzaqlaşdıracağını bildirib.


Sonda isə müğənni az 36,42 faiz səs yığaraq özü verilişdən uzaqlaşdırılıb.


Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53