Almaniya XİN başçısı: “ABŞ dünya lideri statusundan məhrum olub”

Almaniya XİN başçısı: “ABŞ dünya lideri statusundan məhrum olub” ABŞ dünya lideri statusundan məhrum olub.

APA-nın “Der Spiegel”-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun hazırda yeritdiyi siyasət dünyaya mənfi təsir göstərir.

“Trampın hakimiyyətə gəlişi ilə beynəlxalq aləmdə qüvvələr balansı dəyişib. Qərb kiçilib. ABŞ dünya lideri statusundan məhrum olub”, deyə nazir bildirib.

Z.Qabriel həmçinin yeni Vaşinqton administrasiyasının miqrasiya məsələləri və iqlim dəyişikliyinə dair mövqeyini tənqid edib. Onun fikrincə, bu sahədə Ağ Evin təşəbbüsləri mövcud problemləri daha da dərinləşdirir.
Şərhlər
Dünya bölməsinin xəbərləri