Günay Musayeva Nadir Qafarzadəyə cavab verdi

Günay Musayeva Nadir Qafarzadəyə cavab verdi Model şəxsi Facebook səhifəsindən müğənniyə cavab verib.


Günay Musayeva statusunda yazıb: “Nadir Qafarzadə uydurub ki, Azərbaycan Mədəniyyət Nazirliyi və “V&V Company”-nin təsis etdiyi “Grand -2012” Milli Müstəqil mükafatına gələn türkiyəli sənətçi dostlarımız mükafatı alıb İstanbula qayıdarkən elə hava limanında mükafatları zibil qabına atıblar”.


Günay inandırmağa çalışıb ki, Qafarzadənin dedikləri həqiqətə uyğun deyil: “Mən isə gələn sənətçiləri dəvət edən şəxs olaraq bildirmək istəyirəm ki, mən də daxil olmaqla gələn qonaqların şəxsi Twitter səhifəsini açıb baxsın, onlar bu mükafat haqqında necə fəxrlə gözəl sözlər yazıb paylaşıblar. Qonaqlar bu mükafat üçün təmənnasız olaraq gəliblər.


Model müsabiqədən sonra yaranan söz-söhbətləri təkzib edərək onu da əlavə edib ki, incəsənət adamları döndükləri zaman çox məmnun və təəssüratla dolu qayıdıblar: “Bu məni də xoşbəxt etdi, Valeri və Vadim bizi çox yüksək şəkildə qəbul etdi. Demək istəyirəm ki, Nadir Qafarzadə son qoysun bu məhəllə dedi-qodularına və sənətlə məşğul olsun, maraqlı yeniliklər etsin, o zaman gələn il də bu mükafatın Türkiyədə keçiriləcəyi vaxt o da layiq görülənlərdən olsun”.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53