Bakıda avtomobillərin xüsusi zolaqlarda hərəkətinə qoyulan məhdudiyyət götürülüb

Bakıda avtomobillərin xüsusi zolaqlarda hərəkətinə qoyulan məhdudiyyət götürülüb IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtomobillərin paytaxtın bəzi küçə və yollarında hərəkətinə tətbiq olunan məhdudiyyət başa çatıb.

Live.Az-ın məlumatına görə, Bakı şəhərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş məhdudiyyətlər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün 12:00-dan ləğv olunub.

Qeyd edək ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Lakin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin mayın 23-ü saat 12:00-da bitməsinə qərar verib.
Şərhlər
Sosial bölməsinin xəbərləri