S&P SOCAR-ın reytinqini qoruyub

S&P SOCAR-ın reytinqini qoruyub “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini dəyişməyərək “BB” səviyyəsində saxlayıb.

APA agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “neqativdir”.

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən elan olunan xarici öhdəliklərin restrukturizasiyası proqramı SOCAR-ın reytinqi ilə bağlı verilən qərara təsir etməyib.

SOCAR-ın ölkə üçün olduqca yüksək əhəmiyyətə malik olmasını bildirən S&P qeyd edib ki, hökumət istənilən vaxt dövlət şirkətinə zəruri dəstək verməyə hazırdır və reytinqin qorunmasına da əsas səbəb budur. Agentlik əlavə edib ki, hökumət SOCAR-ın xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. Eyni zamanda S&P cari əməliyyatlarda SOCAR-ın müstəqilliyini önə çəkir.

"SOCAR-ın pul ehtuyatının bir hissəsi ABB-də yerləşdirilib. Bununla yanaşı, şirkətin bank qarşısında iri öhdəlikləri mövcuddur”, - deyə agentliyin analitikləri qeyd edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri