Maliyyə Nazirliyi ABB-yə 18,2 mln. manat ödəyib

Maliyyə Nazirliyi ABB-yə 18,2 mln. manat ödəyib 2015-ci ilin iyulun 15-də Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında 2025-ci ilin iyulun 15-dək qüvvədə olan və 1% faiz dərəcəsi olan 30 mln. manat məbləğində "Təmiz Şəhər" ASC üçün kredit xəttinin açılması üzrə müqavilə imzalanıb.

Bu barədə "Təmiz Şəhəri" ASC-nin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Baker Tilly Azerbaijan" audit şirkəti tərəfindən hazırlanıb.

Sənəddə deyilir ki, 2016-cı ilin dekabrın 31-ə kreditin qalıq məbləği 1 mln. 195,876 min manat (2015-ci il: 5 mln. 981,745 min manat) təşkil edir. İl ərzində ASC müqaviləyə uyğun olaraq 13 mln. 305,727 min manat əlavə vəsait əldə edib.

Müqaviləyə əsasən kredit xəttinin qalığının Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tranşlarla dövlət şirkətinə köçürülməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyi 2016-cı ilin dekabrın 31-i tarixinə ASC adından əsas məbləğ üzrə 18 mln. 91,596 min manat məbləğində və hesablanmış faizlər üzrə 119,560 manat məbləğində vəsaiti ABB-yə ödəyib.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri