Almaz Ələsgərli boşanan qızları barədə: "Onları oxlovla döyürdüm"

Almaz Ələsgərli boşanan qızları barədə: "Onları oxlovla döyürdüm" Əməkdar artist Almaz Ələsgərli övladlarının tərbiyəsindən danışıb.

"Hər şey daxil" verilişində qonaq olan ifaçı bildirib ki, qızlarını tərbiyə edən zaman döyüb: "Belə bir məsəl var ki, uşağa bələk vaxtından tərbiyə vermək lazımdır.

Uşaq böyüyənə qədər bir sözü 100 dəfə demək lazımdır ki, nəyin necə olduğunu bilsin. Bundan başqa uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma böyüyəndə tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Məni də uşaq vaxtı anam döyürdü. Uşaq vaxtı anam düşbərə bişirən zaman xəmiri, əti götürüb, kənarda bükürdüm. O da hirslənib, oxlovla mənə vurdu ki, imkan ver, işimi görüm".

Qeyd edək ki, A.Ələsgərlinin 2 qızı var. Hər ikisi evli olub, boşanıb.



Milli.Az, lent.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53