Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi - Terrora görə

İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in məlumatına görə, buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.

Təhlükəsizlik tədbirləri çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Türkiyə sahil mühafizəsinin katerləri müşayiət edəcək. Həmçinin, Rusiya hərbi gəmilərinin keçidi zamanı İstanbul polisinin vertolyotları keşik çəkəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə kəşfiyyatı İŞİD-in Bosfor boğazında Rusiya gəmilərinə qarşı terror aktı törətməyi planlaşdırdığını bildirmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri