Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalında 12-ci sırada çıxış edəcək

Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalında 12-ci sırada çıxış edəcək Eurovision 2017" Mahnı Müsabiqəsinin final mərhələsində iştirakçıların çıxış edəcəyi sıralama müəyyənləşib.


Live.az-ın eurovision.tv saytına istinadən verdiyi məlumata görə, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.


Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53