Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək

Mayın 9-da Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.

İlk əvvəl finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların mayın 13-də finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.

Azərbaycan təmsilçisi Diana Hacıyeva "Skeletons" mahnısı ilə birinci hissədə çıxış edəcək.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.


Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək
Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək
Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək
Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53