Vüsalə Əlizadə serialdan getdi

Teleaparıcı Vüsalə Əlizadə ATV-də yayımlanan "Qardaşlar" serialından gedib.

Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Dəniz" obrazını canlandıran aparıcı ötən həftədən etibarən serialda iştirak etmir.

Hətta, onun adı ekran işi başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb.

Vüsalə "Qardaşlar"ın 75-ci bölümündə tamaşaçılarla vidalaşıb.

Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Vəfa Zeynallı da ekran işindən gedib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53