Ukrayna prezidenti “Eurovision” ilə bağlı müraciət edib

Ukrayna prezidenti Petr Poroşenko “Eurovision-2017” Mahnı Müsabiqəsinə rəsmən start verilməsi ilə əlaqədar Ukrayna xalqına müraciət edib.

Müraciət Ukrayna prezidentinin saytında yerləşdirilib.

P. Poroşenko “Eurovision-2017” Mahnı Müsabiqəsinin keçirildiyi dövrdə ukraynalıların özlərini xalq diplomatları kimi hiss etməsini arzulayıb: “Hər şey etmək lazımdır ki, xarici qonaqlar Ukraynadan xoş təəssüratla getsinlər. 1956-cı ildən keçirilən “Eurovision” dünyada ən məşhur mahnı müsabiqəsidir. İkinci Dünya Müharibəsindən sonra “Eurovision” həm də yaraları sağaldıb, Avropanı birləşdirib. O zaman heç kim təsəvvür edə bilməzdi ki, “Eurovision” şou-biznesin, kommunikasiya texnologiyalarının və incəsənətin inkişafının simvolu olacaq”.

P. Poroşenko bu mahnı müsabiqəsinin Ukraynada keçirilməsinin səbəbkarı olan “Eurovision-2016” Mahnı Müsabiqəsinin qalibi müğənni Camalaya da təşəkkür edib.


APA
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53